Eldar Tağızadə Fransanın "Klermon" klubu ilə müqavilə imzalayıb

9 Yanvar, 11:45 Sosial mediada paylaşın:
On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Eldar Tağızadə Fransanın "Klermon" klubu ilə anlaşıb.
Qapıçı yeni komandası ilə 2024-cü ilədək müqavilə imzalayıb. Bu, gənc qolkiperin ilk peşəkar müqaviləsidir.
Tağızadə 1 ilə yaxındır Liqa 2 təmsilçisinin düşərgəsində məşq edirdi.
Qeyd edək ki, Eldar Tağızadə Azərbaycanda "Neftçi"nin heyətində AFFA-nın uşaq liqalarında mübarizə aparıb. Qolkiper son olaraq, İspaniyada "Fundacion Marcet" futbol akademiyasında oynayıb.

CANLI YAYIM