Məşq bazasında pivə içən idmançılar yığmadan kənarlaşdırılıblar

6 Oktyabr, 12:42 Sosial mediada paylaşın:
Cənubi Koreyanın kişilərdən ibarət həndbol yığmasının 8 üzvü komandadan kənarlaşdırılıb.
Buna səbəb həmin həndbolçuların Çinçxon Məşq Bazasında pivə içmələri olub. Onlar 2 ay müddətinə cəzalandırılıblar.
Oyunçuların davranışına görə məsuliyyəti öz üzərində götürən yığmanın baş məşqçisi Ço En-Şin isə istefa verib. Komanda oktyabrın 17-də Qətərdə start götürəcək Tokio-2020-ci il Yay Olimpiya Oyunları üçün təsnifat turnirinə köməkçi-məşqçi Kan İl-Kunun rəhbərliyi altında çıxacaq.

CANLI YAYIM