Belçika klubu "Neftçi"nin legioneri ilə maraqlanır

8 Yanvar, 11:50 Sosial mediada paylaşın:
“Neftçi”nin legioneri Sabir Buqrinin ilk klubu “Lyers”ə qayıtmaq variantı yaranıb.
Bu barədə Belçika mətbuatı məlumat yayıb. Bildirilib ki, “Lyers” 25 yaşlı orta sahə oyunçusunu heyətinə cəlb etmək fikrini dəyişməyib. Komanda hələ ötən ilin yayında Mərakeş əsilli oyunçunu almağa çalışıb. Lakin Buqrin həmin vaxt “Neftçi”yə keçməyi üstün tutub. O da vurğulanıb ki, futbolçu bu qərarına görə peşman deyil, hazırda yalnız “Neftçi” ilə çempionluq titulu uğrunda mübarizəyə köklənib. Qeyd edək ki, “Neftçi”yə ötən ilin yayında “Düdelanj”dan keçən Sabir Buqrin 2015-2018-ci illərdə “Lyers”in formasını geyinib.

CANLI YAYIM