Sabah Mayk Taysonla Roy Cons üz-üzə gələcək

27 Noyabr, 17:43 Sosial mediada paylaşın:
Boks həvəskarları sabah təşkil olunacaq Mayk Taysonla Roy Cons arasındakı döyüşü səbirsizliklə gözləyir. Şou xarakterli bu görüşün detalları açıqlanıb.
Sabah Los-Ancelesdə Mayk Taysonla Roy Cons arasında şou xarakterli döyüş keçiriləcək. veteranlar arasındakı görüşü milyonlarla boks həvəskarı səbirsizliklə gözləyir. Bu qarşılaşma 2020-ci ilin ən yadda qalan idman hadisələrindən biri kimi tarixə düşə bilər.  Yeri gəlmişkən, Amerika mətbuatı döyüşlə bağlı bəzi təfərrüatları üzə çıxarıb. Əvvəlcə onu qeyd edək ki, razılaşdırılmış reqlamentə əsasən döyüş nokautla da başa çatdırıla bilər. Halbuki, bir müddət əvvəl bunun tam əksi söylənilirdi. Görüşdə nokaut qeydə alınmasa, tərəflər hərəsi 2 dəqiqə olmaq şərti ilə 8 raund mübarizə aparacaq.   Bununla yanaşı, hər iki boksçunun alacağı qonorar da məlum olub. Tayson rinqə çıxdığına görə 10 milyon, Cons 3 milyon dollar qazanacaq.
Xatırladaq ki, 54 yaşlı “Dəmir Mayk” bu günə qədər 58 görüş keçirib, onların 50-də qalib gəlib. Cons isə 75 döyüşdən 66-sında qələbə qazanıb. Tayson sonuncu dəfə 2005-ci ildə rinqə çıxmış və Kevin Makbraydı məğlub etmişdi. Cons isə 2018-ci ildə Skott Siqmondan üstün olmuşdu.

CANLI YAYIM