Dieqo Maradona vəfat edib

25 Noyabr, 22:32 Sosial mediada paylaşın:
Argentina yığma komandasının keçmiş hücumçusu və məşqçisi, dünya şöhrətli futbolçu Dieqo Armando Maradona ürək çatışmazlığından vəfat edib.
 
Noyabrın 2-də 60 yaşlı veteran futbolçu La-Plata şəhərində xəstəxanaya yerləşdirilmişdi. Həkiminin dediyinə görə, argentinalı öz istəyi ilə tibbi müayinədən keçirilmiş, onda subdural hematoma xəstəliyi aşkarlanmışdı. Bundan sonra Maradonanın üzərində uğurlu cərrahiyyə əməliyyatı aparılmış, noyabrın 12-də o, xəstəxanada evə buraxılmışdı.
Maradonanın ölümü ilə əlaqədar Argentinada üçgünlük matəm elan edilib.

CANLI YAYIM