Futzal millimizin DÇ-nin seçmə mərhələsindəki təqvimi məlum olub

20 Noyabr, 10:32 Sosial mediada paylaşın:
Futzal millimizin 2022-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsindəki oyunlarının təqvimi məlum olub.
3-cü  qrupda yarışacaq Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda ilk oyununu gələn il yanvarın 29-da Bakıda Slovakiya yığmasına qarşı keçirəcək. Fevralın 2-də futzalçılarımız səfərdə Yunanıstan seçməsi ilə qarşılaşacaq. Martın 4-də paytaxtımızda Azərbaycan – Moldova görüşü keçiriləcək. 5 gün sonra bu komandalar Moldovada üz-üzə gələcək. Slovakiya - Azərbaycan matçı aprelin 8-ə təyin olunub. Komandamız seçmə mərhələnin sonuncu oyununda  Yunanıstan yığmasını qəbul edəcək. Bu qarşılaşma isə aprelin 14-də olacaq.

CANLI YAYIM