Ramos qala, İsko gedə bilər

19 Noyabr, 13:38 Sosial mediada paylaşın:
İspaniya mediasında “Real” rəhbərliyinin Serxio Ramosla razılığa gəldiyi haqda xəbərlər yayılıb. “Kral Klubu”nunun 34 yaşlı müdafiəçi ilə 2 illik müqavilə bağlayacağı və bunu ilin sonuna kimi açıəqlayacağı bildirilir. Xatırladaq ki, “Real” kapitanın klubla hazırkı sözləşməsi mövsümün sonunda başa çatır. Əlavə edək ki, beynəlxalq mediada “Bavariya”nın müdafiəçisi David Alabanın “Kral klubu”na keçmək ehtimalı da müzakirə olunur.
Ramosdan fərqli olaraq İsko transferə çıxarıla bilər. Heyətə düşməkdə çətinlik çəkən ispaniyalı futbolçunun müqaviləsi 2022-ci ilə kimidir. Madrid klubu onun keçidindən pul qazanmaq üçün İskonu transfer hüququnu mövsümün gedişində başqa kluba sata biləcəyi iddia edilir.

CANLI YAYIM