Rusiya millisi Belqradda darmadağın olunub

19 Noyabr, 12:30 Sosial mediada paylaşın:
UEFA Millətlər Liqasında B divizionunda bir-birindən maraqlı görüşlər keçirilib. Qardas Türkiyə millisi divizionu tərk edib. Günün ən gözlənilməz nəticəsi Belqradda qeydə alınıb. Serbiya millisi Rusiya seçməsini böyükhesabla məğlub edib. Çexiya və Uels seçmıəsi isə sürprizə imkan verməyib.
Türkiyə millisi Budapeştdə Macaristan seçməsi ilə bacarmayıb. Meydan sahibləri fasilədən sonra vurduğu 2 cavabsız qolla qalib gəliblər. David Şiqer və Kevin Varqa fərqləniblər. Bu qələbə sayəsində Macaristan kollektivi qrupu lider başa vurub və pley-offa adlayıb. Autsayder olan Türkiyə seçməsi isə B liqası ilə vidalaşıb.
Qrupun Serbiyada keçirilən digər matçıənda isə sürpriz qeydə alınıb. Meydan sahibləri Rusiya futbolçularının qapısından 5 cavabsız top keçiriblər. Hesabı Nemanya Radoniç açıb. Ardınca Luka Yoviç fərqlənib. 41-ci dəqiqədə Duşan Vlahoviç hədəfdən yayınmayıb. Fasilə ərəfəsində isə Luka Yoviç dubl edib. 2-ci hissədə Filip Mladenoviç görüşdə son nöqtəni qoyub - Serbiya -  Rusiya 5:0.
Bu şimal qonşularımızın son 16 ildə ən böyükhesablı məğlubiyyətidir. Qeyd edək ki, Rusiya millisi qrupu 2-ci, Serbiya komandası isə 3-cü pillədə başa vurub.
Uels millisi B liqasında məğlub olmayan yeganə komanda olub. Britaniyalılar son turda Finlandiya millisinə qalib gəliblər. 12-ci dəqiqədə qonaqların heyətində Yere Uronen qirmızı vərəqə ilə cəzalandırılıb. Say ustunluyu əldə edən meydan sahibləri ardıcıl 2 qol vurublar. Hesabı Harri Uilson açıb. 2-ci hissənin əvvəlində Daniel Ceyms də hədəfədn yayınmayıb. Teemu Pukki hesab arasındakı fərqi azaltsa da, Kiffer Muur görüşdə son nöqtəni qoyub: Uels – Finlandiya 3:1. Beləliklə 16 xal toplayan və qrup mərhələsini məğlubiyyətsiz lider tamamlayan britaniyalılar pley-offa adlayıblar.
 
Plzendə keçirilən Çexiya – Slovakiya oyununda meydan sahiblıri 2:0 hesablı qələbə qazanıblar. Tomaş Souçek və Zdenek Ondraşek fərqləniblər. Qrup lideri olan çexiyalılar pley-offa yüksəliblər. Austayder slovakiyalılar isə növbəti mövsümdən C liqasında yarışacaqlar.

CANLI YAYIM