89 ildən sonra tarix təkrarlandı

18 Noyabr, 12:00 Sosial mediada paylaşın:
UEFA Millətlər Liqasının A divizionunda maraqla gözlənən qarşılaşmalar keçirilib.
A divizionunun 3-cü qrupunda Xorvatiya millisi doğma meydanda Portuqaliya seçməsinı qəbul edib. 29-cu dəqiqədə Mateo Kovaçiç meydan sahiblərini irəli çıxarıb. Fasilədən sonra xorvatlardan Marko Roq qırmızı vərəqə ilə cəzalandırılıb. Say üstünlüyündən istifadə edən Portuqaliya futbolçuları hesabı xeyrlərinə dəyişiblər. 52-ci dəqiqədə Ruben Diaş, saatın tamamında isə Joao Feliks diqqət mərkəzinə düşüb - 2:1. 5 dəqiqə sonra Kovaçiç dubl edərək oyunda tarazlıq yaradıb. Lakin 90-cı dəqiqədə Ruben Diaş mübarizəyə nöqtə qoyub: Xorvatiya – Portuqaliya 2:3.Qrupun digər oyununda isə Fransa İsveç seçməsi ilə qarşılaşıb. Hesabı 4-cü dəqiqədə qonaqlar açıblar. Viktor Klasson fərqlənib. Fasiləyədək meydan sahibləri nəinki tarazlığı bərpa ediblər, hətda önə də keçməyi bacarıblar. Əvvəlcə 16-cı dəqiqədə Olivie Jiru, ilk hissənin sonlarına yaxın isə Benjamin Pavar rəqib qapısına yol tapısına yol tapıb. 2:1. Fransa millisi ikinci hissədə də təşəbbüsü əldən verməyib. 59-cu dəqiqədə Olivie Jiru dubl edib. Oyunun sonlarında isə komandalar hərəyə 1 dəfə fərqlənib. 88-ci dəqiqədə Rubin Kvayson fərqi minimuma endirsə də, yekunda Kinqsli Koman yekun nətiəni müəyyənləşdirib: Fransa – İsveç 4:2. A divizionunda Fransa 16 xalla pley-offa yüksəlib. Portuqaliya yığması qrup mərhələsini 13 xalla ikinci pillədə başa vurub. Xorvatiya və İsveç seçmələri isə isə 3 xal toplaylıb.
İspaniya – Almaniya matçında isə gözlənilməz nəticə qeydə alınıb. Pirineylilər “Bundestim”in qapısından 6 cavabsız top keçiriblər. 17-ci dəqiqədə Alvaro Morata almanları məyus edib. 33-cü dəqiqədə Ferran Torres hədəfdən yayınmayıb. 5 dəqiqə sonra Rodri komandasının fasiləyə 3-0 hesabı ilə irəlidə yollnamasına şəraiti yaradıb. İkinci yarıda isə Ferran Torres het-trik edib. O. əvvəlcə 55-ci dəqiqədə özünün ikinci , komandasının 4-cü qolunu vurub. 71-ci dəqiqədə isə Torres İspaniya milkisninin 5-ci qolunun müəlifi olub. Görüşdə son nöqtəni Mikel Oyarsabal qoyub - 6:0. Maraqlıdır ki, sonuncu dəfə bundestim 89 il öncə Avstriya millisinə 0:6 hesabı ilə məğlub olub. Beləliklə, bu qələbə sayəsində xallarının sayını 11-ə çatdıran İspaniya yığması qrup lideri kimi pley-offa çıxıb. Almaniya isə 9 xalla ikinci, Ukrayna 6 xalla üçüncü, İsveçrə isə 3 xalla sonuncu olub.

CANLI YAYIM