18 noyabr Nəim Süleymanoğlunun anım günüdür

18 Noyabr, 10:23 Sosial mediada paylaşın:
Bu gün Türkiyəli görkəmli ağırlıqqaldıran Nəim Süleymanoğlunun anım günüdür.
1967-ci il, yanvarın 23-ü Bolqarıstanın Mestanlı şəhərimdə anadan olsa da, karyerası ərzində Türkiyəni təmsil edib. “Əfsanəvi türk” ləqəbilə tanınan Nəim 1983-1986-cı illər müxtəlif kateqoriyalı turnirlərdə ümumən 63 dünya rekordu qıraraq idman arenasında sensasiya yaratmışdı. O, 1988, 1992 və 1996-cı il Yay Olimpiya oyunlarının qızıl mükafatçısıdır. Bundan başqa Nəim beşqüat dünya, dörqat Avropa çempionudur. Dünyanın ən titullu ağırlıqqaldıranı karyerası ərzində 46 dünya rekordunun müəllifi kimi yadda qalıb. Qaraciyərində yaranan problemlərə görə əməliyyat olunan türkiyəli məşhur atlet 2017-ci il, noyabrın 18-i beyin qanamasındam vəfat edib. Naim Süleymanoğlunun xatirəsinə həsr olunan “Balaca Herkules” adlı bədii filmi bu gün saat 21:30-dan İdman TV-də izləyə bilərsiniz.

CANLI YAYIM