Luis Enrike: "Almanlarla oyunda geri çəkilməyəcəyik"

17 Noyabr, 11:15 Sosial mediada paylaşın:
UEFA Millətlər Liqasında A divizionunun maraqla gözlənilən qarşılaşmalardan biri Sevilya Olimpiya stadionunda olacaq. İspaniya komandası Almaniya millisini qəbul edəcək. Qrup liderliyi baxımından böyük əhəmniyyət kəsb edən görüşün gərgin keçəcəyi gözlənilir. Baş məşqçilərin açıqlamaları da bunu deməyə əsas verir.
Komandalar bundan əvvəlki 5 qarşılaşmanın yalnız 2-də qalib gəlib. 9 xalı olna Bundestim hesabında 3 heç-heçə də  var. Onlardan fərqli olaraq ispanlar bir dəfə meydanı məğlub tərk ediblər. Bu da 4-cü turda doğma meydanda Ukrayna seçmə ilə oyunda qeydə alınmışdı. Bütün bunlara baxmayaraq mütəxəssislər hər iki komandanın qələbə qazanmaq imknalraını eyni qiymətləndirir. Baş məşqçilər görüş ərəfəsində verdiyi açıqlamalarında matçın gərgin keçəcəyini bildiriblər. Əvvəlcə Luis Enrikenin oyundan öncə səsləndirdiyi fikirlərlə tanış olaq: “Biz Avropanın, eləcə də dünyanın ən güclü komandalarından birinə qarşı oynayırıq. Əlbətdə ki, çətin matç olacaq. Hazırda onlar turnir cədvəlində liderdir. Bizə ancaq qalibiyyət lazımdır. Geri çəkilməyəcəyik. Sona qədər mübarizə aparıb yalnız qalib gəlmək istəyirik.”
Adlı –sanlı rəqibə qarşı oynayacaqlarını deyən Almaniyalı millisinin çalışdırıcı Yoahim Löv İspaniya komandası haqqında xoş sözlər səsləndirib:
“Çox güclü bir rəqibə qarşı olduğumuzu bilirik. İspaniyanı oyununun zirvəsində bir komanda sayıram. Buna görə də bu görüşdən qalib ayrılmaq böyük bir problem olacaq. Ən böyük çətinlik isə müdafiə ilə bağlıdır. Çünki İspanların özünəməxsus oyun tərzi və yaxşı müdafiəçiləri var.”
Qeyd edək ki, İspaniya – Almaniya qarşılaşması bu gün Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. Matç Sevilya şəhərinin Olimpiya Stadionunda keçiriləcək.

CANLI YAYIM