Canni De Byazi: "Son oyunda qalib gəlməyə çalışacağıq"

17 Noyabr, 10:38 Sosial mediada paylaşın:
Futbol üzrə Azərbyacan millisi bu gün Millətlər Liqasında sonuncu turun oyununa çıxır. Rəqib Lüskemburq seçməsidir. Komandamız ilk oyundakı məğlubiyyətin əvəzini çıxmaq niyyətindədir. Görüşdən əvvəl mətbuat konfransında komandaların baş məşqçiləri oyunla bağlı fikirlərini bölüşüblər.
Futbol üzrə milli komandamız bu gün Millətlər Liqasında son oyununu keçirəcək. Futbolçularımız səfərdə Lüksemburq seçməsinin qonağı olacaqlar. Bu görüş yığmamız üçün xüsusi prinsipiallıq kəsb edir. Belə ki, komandamız ilk turda Bakıda qarşılaşdığı rəqibinə hesabda öndə olmasına baxmayaraq 1:2 hesabı ilə uduzmuşdu. İndi isə Canni De Byazinin komandası bu məğlubiyyətin əvəzini çıxmaqla mövsümü yüksək notlarla başa vurmağa çalışacaq. Oyundan öncə keçirilən mətbuat konfransında komandamızın italıyalı baş məşqçisi qarşılaşmanın vacibliyini qeyd etmıklə yanaşı güclü rəqibə qarşı oynayacaqlarını da qeyd edib: “Qrupun son oyunudur. 8 ildi birlikdə oynayan komandaya qarşı mübarizə aparacağıq. Biz isə indiyədək cəmi 30 məşq keçirmişik. Komanda yavaş-yavaş inkişaf edir. Qol epizodları yaradırıq, amma istifadə edə bilmirik. Hücumda son anda dəqiqlik çatışmır. Sabah çətin oyun olacaq. Onu deyə bilərəm ki, debüt oyunumuzdan fərqli olacaq. Düşünürəm, Sloveniya ilə oyunda heyətdə eksperiment apardıq. Bu gün isə ən yaxşı heyətimiz meydanda olacaq. Təəssüf ki, itkilərimiz var. Bizim üçün vacib oyundur və çalışacağıq ki, son oyunda qalib gələk”.
Qrupda 9 xalla ikinci pillədə olan Lüksemburq seçməsi üçün oyun çox vacibdir. Belə ki, bu oyunu qələbə ilə başa vurmağa çalışacaq rəqib Montoneqro millisinin də xal itkisinə ümid etməklə qrup birinciliyini əldə etməyə çalışır. Baş məşqçi Lük Holts yaxşı nəticə əldə etmək üçün əlindən gələni edəcəklərini deyib: “Vahid Selimoviç və Dirk Karlson cəzalıdır. Leandro Barreyronun meydana çıxması sual altındadır. Bilirsiniz ki, bu 3 futbolçu aparıcı oyunçulardır və onları əvəzləmək elə də asan deyil. Məhsuldarlıq, iradə, öhdəlik: biz artıq beş oyunda yüksək səviyyədə çıxış etmişik. Bizim üçün çətin olsa da, bu, son deyil. Amma ən yaxşı tərəfimizi bir daha göstərmək istəyirik".
Azərbaycan milli komandasının heyətində zədəli olan Abbas Hüseynov, koronavirusa yoluxan Rahl Məmmədov və Təmkin Xəlilzadə qarşılaşmada meydana çıxa bilməyəcəklər. Qeyd edək ki, noyabrın 17-də "Jozi Bartel" stadionunda keçiriləcək Lüksemburq – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

CANLI YAYIM