Belçika millisi İngiltərə seçməsini məğlub edib

16 Noyabr, 15:00 Sosial mediada paylaşın:
UEFA Millətlər Liqasının A divizionunda 4 oyun keçirilib. Maraqlıdır ki, bütün matçlarda meydan sahibləri qələbə qazanıblar. Ən diqqət çəkən nəticələrdən biri İngiltərə seçməsinin məğlubiyyəti olub.
Belçika millisi doğma meydanda İngiltərə seçməsimni qəbul edib. Ötən tur danimarakalılara uduzan ingilislər bu dəfə də məğlub olmaqla pley-offa yüksəlmək imkanlarını itiriblər. Yuri Tilemans və Dris Mertens fərqlənərək  Belçika millisinə 2:0 hesablı qələbə qazandırıb.
Qrupun digər matçı Kopenhagendə keçirilib.Yerli Danimraka kollektivi İslandiya seçməsindən üstün olub 2:1. Meydan sahiblərinin hər iki qolunu Kristian Eriksen penaltidən vurub. Qonaqların heyətində isə Vidar Kyartansson diqqət mərkəzinə düşüb. 5 turdan sonra Belçika millisi 12 xalla qrupa başçılıq edir. danimkalılar liderdən 2 xal geri qalırlar. Yeri gəlmişkən son turda Brüsseldə məhz bu iki komanda üz-üzə gələcək. 7 xala malik İngilislərin qrupda 3-cü olacağı dəqiqdir. 5 oyunun hamısında uduzan islandiya millisi növbəti mövsümdən B divizionunda yarışacaq.   
Niderland seçməsi Amsterdamda Bosniya və Herseqovina yığmasıni məğlub edib. 14 dəqiqə ərzində meydan sahibləri 2 qol vurublar. Hər iki halda Viynaldum qapını dəqiq nişan alıb. Fasilədən sonra isə tərəflər hərəyə bir dəfə fərqləniblər. Meydan sahiblərinin heyətində Memfis Depay qonaqlarda isə Smail Prevlyak hədəfdən yayınmayıb. Beləliklə niderland kollektivi 3:1 hesablı qələbə qazanıb.
Qruppun digər matçında İtaliya seçməsi Polşa komanasına 2:0 hesabı ilə qalib gəlib. Jorjinyo və Domeniko Berardi qapını dəqiq nişan alıb. Son tur öncəsi İtaliya millisi 9 xalla qrupa başçılıq edir. Niderland kollektivi 8 xalla 2-ci yerdədir. Polşa seçməsinin aktivində 7 xal var. Aurtsayder bosniya və Herseqovina kollektivi isə 2 xalla sonuncudur və A divizionunu tərk edəcəyi dəqiqləşib. Sonuncu turda İtaliyalılar Bosniya və Herseqovinanın qonağı olacaqlar. Niderlnad futbolçuları isə Polşaya səfər edəcəklər. 

CANLI YAYIM