Cennaro Qattuzo: "Qalib gələcəyimizə inanıram"

29 Oktyabr, 15:25 Sosial mediada paylaşın:
UEFA Avropa Liqasında “Qarabağ”ın görüşü ilə yanaşı daha 23 oyun keçiriləcək.  “F” qrupunda mübarizə aparan  “Real Sosyedad” və “Napoli” komanlarının qarşılaşması maraqla gözlənilir. San-Sebastyan klubunun hazırda La Liqada lider olması və İtaliyanın iddialı klublarından biri ilə qarşılaşması matça marağı artırır. Görüşdən əvvəl baş məşqçilər problemlərdən söz açsalar da, qələbə barədə inamlı danışıblar.
“Real Sosyedad”  San sebastyanda  “Napoli”ni qəbul edəcək. İlk turda komandalar fərqli nəticələr göstəriblər. Real Sosyedad Xorvatiyadan minimal hesablı qələbə ilə qayıdıb. “Napoli” isə doğma meydanda gözlənilməz məğlubiyyətlə üzləşmişdi. Hazırda La Liqanən lideri olan Real Sosyedadın baş məşqçisi
İmanol Alquasil qarşılaşma ilə bağlı fikirlərində bunları deyib: “Doğma meydanda oynasaq belə, ciddi problemlərimiz var. Amma buna baxmayaraq uğurlu nəticə əldə etmək istəyirik”  
Neapol klubunun baş məşqçisi Cennaro Qattuzo da jurnalistlər önünə çıxaraq görüşlə bağlı təəsüratlarını bölüşüb: “Çətin oyun olacağını bilirik. Rəqib qrupun favoritlərindəndir. Bu oyunda 1 qol belə hər şeyi həll edir. Qalib gələn tərəf olacağımıza inanıram” - deyə Qattuzo bildirib.
Qeyd edək ki, meydan sahiblərinin 8 futbolçusu müxtəlif  səbəblərdən heyətə daxil edilməyib. “Napoli”də isə Temue Bakayokonun  görüşdə iştirak etməyıcəyi dəqiqdir. Əlavə edək ki,  “Real Sosyedad” – “Napoli” qarşılaşması gecə yarısı başlanacaq.
 

CANLI YAYIM