Vuelta: 7-ci mərhələdə kanadalı idmançı fərqlənib

28 Oktyabr, 16:54 Sosial mediada paylaşın:
“Giro D`İtalia” yarışı yekunlaşandan sonra velo idman həvəskarlarının bütün diqqəti “Vuelta” turnirinə yönəlib. Artıq 7-ci mərhələ başa çatıb. Builki marafonda ilk dəfə Avropanı təmsil etməyən idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Vuelta velomarafonunun 7-ci mərhələsində idmançılar Vitoriya şəhərindən Valdeqoviya bölgəsinə qədər 159,7 km məsafə qət ediblər. Builki yarışda ilk dəfə Avropanı təmsil etməyən idmançı, daha dəqiq, kanadalı velosipedçi fərqlənib. “EF pro sayklinq” komandasının üzvü Maykl Vuds 3 saat, 48 dəqiqə, 16 saniyə nəticəylə bütün rəqiblərini qabaqlayaraq mərhələnin qalibi olub. Yerli idmançı, “Astana”nı təmsil edən Omar Frayle 2-ci nəticə göstərib. İspaniyalı digər velosipedçi, “Movistar”ın üzvü Alexandro Valverde ilk 3-lüyü tamamlayıb. Ümumi siyahıda isə hər hansı dəyişiklik baş verməyib. Ekvadorlu Riçard Karapas əvvəlki liderdir. Böyük britaniyalı Hyu Karti 2-ci yerdə gedir. İrlandiyalı Deniel Martin 3-cü pillədədir. 18 mərhələdən ibarət “Vuelta” velomarafonuna noyabrın 8-i, Madriddə yekun vurulacaq.

CANLI YAYIM