Cokoviç Vyana turnirinə qələbə ilə başlayıb

28 Oktyabr, 14:48 Sosial mediada paylaşın:
Avstriyada ATP seriyalı turnir davam edir. Paytaxt Vyanada təşkil olunan yarışda ilk mərhələnin görüşləri keçirilir. Turnirdə qələbə əsas namizədlər rəqiblərini məğlub etməkdə çətinlik çəkməyiblər.
Turnirin birinci mərhələsi  Serbiya tennisçilərin dueli ilə əlamətdar olub. Novak Cokoviç Filip Krainoviçlə qarşılaşıb. İlk setdə qalib tay-brekdə müəyyənləşib. 7:6 hesabı ilə üstün olan Cokoviç növbəti hissədə də rəqibini məğlub edub – 6:3.
Son vaxtlar inamlı çıxıçşı ilə diqqət çəkən avstriyalı Dominik Tim də startda uğur qazanıb. İki set davam edən görüşdə Tim 6:4 və 7:5 hesablı qələbə sayəsində növbəti mərhələyə yüksəlib.
İsveçrəli Sten Vavrinka isə Çili təmsilçisi Kristian Qarini mübarizədən kənarlaşdırıb. İlk iki hissədən sonra bərabərlik qeydə alınıb. Əvvəlcə Vavrinka 6:4 hesabı ilə üstün olsa da, Qarin tay-brekdə uğur qazanaraq tarazlığı bəapa edib. Həlledici setdə yenidən toraplanan Sten Vavrinka 6:3 hesabı ilə qalib gəlib.

CANLI YAYIM