Medvedev Qaskeni mübarizədən kənarlaşdırıb

15 Oktyabr, 10:42 Sosial mediada paylaşın:
Rusiyada beynəlxalq tennis turniri davam edir. Sankt Peterburq şəhərində təşkil olunan yarışda ilk mərhələnin oyunları baş çatıb. Turnirin reytinq  favoriti Daniil Medvedev rəqibini 3 setdə məğlub edib. Digər oyunlarda da gərgin mübarizə gedib. 
Dünya  tennisçilərin reytinq cədvəlində 6-cı yerdə olan , turnirin isə bir nömrəli raketka ustası rusiyalı  Daniil Medvedev ilk mərhələdə fransalı Rişar Qaske ilə qarşılaşıb. Oyuna yaxşı başlayan fransalı tennisçi birinci setdə  6-3  hesabı ilə qalib gəlib. Lakin Qaske uğurun davamı gətirə bilməyib. Növbəti hissədə dönüş yaradan Medvedev  rəqibini məğlub edərək setlərdə bərabərliyi  təmin edib. Həllledici hissədə də Daniil Medvedev Rişar Qaskeyin bir qeydə belə fərqlənməsinə imtina verməyib.   
Kanadalı Denis Şapavalov isə serbiyalı Viktor Troiçkini  mübarizədən kənarlaşdırıb. Şapavalov hər iki setdə rəqibindən üstün olub. 6-2 və 6-3.   
Turnirin iddialı tennisçilərindən olan Sten Vavrinka da inamla irəliləyir. isveçrəli idmançı rusiyalı Yevgeni Donskoyla görüşdə qələbə qazanıb. 6-1  3-6  6-3. Ümumi makafat fondu 1 milyon 243 min dollar olar turnirə oktyabrın 18-də yekun vurulacaq.

CANLI YAYIM