“Milan” İbrahimoviçin dublu sayəsində qalib gəldi

22 Sentyabr, 12:30 Sosial mediada paylaşın:
İtaliya A seriyasının ilk turunda daha bir oyun olub. "Milan" "San Siro"da Bolonya"nı qəbul edib. Hesab 35-ci dəqiqədə açılıb. Rossoneri"nin heyətində Zlatan İbrahimoviç rəqib müdafiəçiləri qabaqlayaraq fürsətdən yararlanıb. İlk hissə minimal hesabla başa çatıb. Fasilədən sonra fərq artıb. İbrahimoviç bu dəfə penaltını dəqiq yerinə yetirib. Qonaqların bütün səyinə baxmayaraq məğlubiyyətdən yaxa qurtarmaq mümkün olmayıb. Vaxtın başa çatmasına 2 dəqiqə qalmış Mitcel Deyks meydandan çıxarılıb. Beləliklə "Milan" - "Bolonya"ya 2:0 hesabilə qalib gələrək mövsümə qələbəylə başlayıb. Stefano Piolinin komandası məcburi fasilədən sonra məğlub olmayıb.

CANLI YAYIM