Romada “Masters” yarışına yekun vuruldu

22 Sentyabr, 11:56 Sosial mediada paylaşın:
Romada “Masters” seriyasından tennis turniri yekunlaşıb.Us opendən qalmaqallı şəkildə uzaqlaşdırılan Novak Cokoviç Romada "Masters" seriyasından yarışın finalında Argentinalı Dieqo Şvartsmanla qarşılaşıb. Serbiyalı raketka ustası ilk seti bir qədər çətinliklə də olsa, xeyrinə başa vura bilib 7:5. ATP reytinqinin lideri 2-ci bölümdə 6;3 hesabilə qalib gələrək karyerasında 5-ci dəfə Roma yarışında ali mükafata yiyələnib. Ümumiyyətlə isə Cokoviç masters seriyasından turnirlərdə 36-cı dəfə qələbə qazanaraq ispaniyalı Rafael Nadalı arxada qoyub. 
Qadınların yarışında da həlledici görüş olub. Rumıniyalı Simona Halep, ötən ilin qalibi, çexiyalı Karolina Plişkova ilə üz-üzə gəlib. Əvvəlcə Halep rəqibin 1 geymdə belə fərqlənməsinə imkan verməyərək 6:0 hesabilə üstün olub. 2-ci hissədə rumıniyalı tennisçi 2:1 hesabilə öndə olarkən Plişkovanın zədəyə görə mübarizəni davam etdirə bilməyəcəyi müəyyənləşib. Beləliklə Simina Halep qarşılaşma tamamlanmadan  Roma "masters" turnirinin qalibi elan edilib. 3-cü dəfə finalda çixis edən Rumiyanli raketka ustası İtaliyadakı turnirdə ilk dəfə  baş mükafata sahib olub. 
 

CANLI YAYIM