"Legiya"nın baş məşqçisi istefaya göndərilib

22 Sentyabr, 10:05 Sosial mediada paylaşın:
“Qarabağ”ın Avroliqanın play-off mərhələsində potensial rəqiblərindən biri Polşanın "Legiya" klubu uğursuz nəticələrə görə baş məşqçisi Aleksandar Vukoviçi istefaya göndərib.
Klub rəhbərliyi Ekstraklasanın 6-cı turunda evdə "Qurnik"ə məğlubiyyətdən sonra bu qərarı verib. Komandanın Çempionlar Liqasında "Omoniya"ya uduzması və çempionata uğursuz başlaması 41 yaşlı bosniyalı mütəxəssisin istefasına səbəb olub. Varşava təmsilçisi yeni baş məşqçisini də açıqlayıb. Komandanı bundan sonra Çeslav Mixneviç çalışdıracaq. Əlavə edək ki, “Qarabağ” Avropa Liqasının play-off mərhələsində “Legiya” (Polşa) – “Drita” (Kosovo) cütünün qalibi ilə qarşılaşacaq.

CANLI YAYIM