"Tour de Frans" yarışında 17-ci mərhələ geridə qalıb

17 Sentyabr, 11:17 Sosial mediada paylaşın:
Mötəbər “Tour de France” çoxgünlük velomarafonunda 17-ci mərhələ keçirilib.
Atletlər bu dəfə Qrenobl şəhərindən Meribel bölgəsinə qədər 170 km məsafə qət ediblər. İndiki yarışda 2-ci dəfə kolumbiyalı idmançı fərqlənib. “Astana” klubundan Migel Anxel Lopes 4 saat, 49 dəqiqə, 8 saniyə nəticəylə bütün rəqiblərini qabaqlayıb. Ümumi cədvəlin lideri, “Cambo Visma” komandasından sloveniyalı Primoj Roqliç 2-ci yeri tutub. Onun həmvətəni, “Tim Emireyts” kollektivindən Tadey Poqaçar ilk 3-lüyü tamamlayıb. Velosipedçilərin ümumi siyahısında Roqliç əvvəlki kimi zirvədədir. Poqaçar isə 2-cidir. 17-ci mərhələni qalib kimi başa vuran Migel Lopes hələlik 3-cü pillədədir. Qeyd edək ki, “Tour De Frans” yarışına sentyabrın 20-də yekun vurulacaq.

CANLI YAYIM