"Aylenders" final seriyasında önə keçdi

16 Sentyabr, 12:02 Sosial mediada paylaşın:
Milli Xokkey Liqasında yarımfinal seriyası davam edir. Şərq Konfransında “Nyu York Aylanders” və “Tampa Bey Laytninq” komandaları arasında növbəti oyun keçirilib. Bu komandaların 5-ci duelində Tampa şəhərinin təmsilçisi üstün olub. Onlar bu nəticə ilə  seriyada da önə keçiblər.
  Şərq Konfransında mübarizə aparan  “Nyu York Aylanders” və “Tampa Bey Laytninq” komandaları final mərhələsində 5-ci dəfə üz-üzə gəlib. Buna kimi keçirilən 4 qarşılaşmanın iksində Nyu York, digər oyularda isə Tampa şəhərinin xokkeyçiləri qələbə qazanıblar. Bu dəfəki qarşılaşma daha gərgin keçib. Beləki, mübarizənin taleyi overtimedə həll olunub. Hesabı 16-cı dəqiqədə   “Nyu York Aylanders” açıb. Rayan Pulok fərqlənib. İkinici periodun əvvəlində Viktor Hedman bərabərliyi təmin edib. 1-1. Görüşün əsas vaxtı elə bu hesabla yekunlaşıb.  “Nyu York Aylanders” overtaymda istəyinə çatıb. Cordan Eberle qələbə qolunun müəllifi olub. Beləliklə 3-2 hesabı ilə qalib gələn “Nyu York Aylanders” seriyada önə keçib. Xatırladaq ki, final seriyasında 4 qələbə qazanan komanda  “Stenli kuboku” uğrunda həlledici mərhələdə istirak edəcək. Xatırladaq ki, fəxri mükafat uğrunda ilk finalçı “Dallas Starz” komandasıdır.

CANLI YAYIM