“Zirə” legionerini transferə çıxarıb

16 Sentyabr, 10:40 Sosial mediada paylaşın:
"Zirə" moldovalı legioneri George Antonu transferə çıxarıb. 27 yaşlı mərkəz yarımmüdafiəçisinə  özünə yeni klub tapmaq tövsiyyə olunub. Baş məşqçi Rəşad Sadıqovun heyətdə istəmədiyi futbolçunun adı "Zirə"nin PFL-ə göndərdiyi iştirak ərizəsinə də daxil edilməyib. 
Xatırladaq ki, "Zirə"nin qış fasiləsində transfer etdiyi Georgenin klubla hələ 1 illik müqaviləsi var. O, keçən çempioinatda 6 oyunda 341 dəqiqə meydanda olub və 1 sarı vərəqə alıb. 

CANLI YAYIM