“Zirə” albaniyalı futbolçu transfer edir

15 Sentyabr, 10:20 Sosial mediada paylaşın:
“Zirə” klubu daha bir legioner transfer etməyə hazırlaşır. Hazırda Şimali Makedoniyanın “Şkendiya” klubunun albaniyalı yarımmüdafiəçisi Valon Ahmedi ilə danışıqlar yekunlaşmaq üzrədir. Yaxın günlərdə futbolçu ilə müqavilə imzalanacaq.
Qeyd edək ki, Ahmedi bu mövsüm “Şkendiya”nın heyətində Avroliqanın 1-ci təsnifat mərhələsində “Sumqayıt”a qarşı oynayıb. Həmin oyunda “Şkendiya” səfərdə “Sumqayıt”a 2-0 hesabı ilə qalib gəlmişdi.  
 

CANLI YAYIM