“US Open”: Dominik Tim fəxri mükafata sahib oldu

14 Sentyabr, 11:20 Sosial mediada paylaşın:
US Open turnirinin həlledici görüşündə  avstriyalı Dominik Tim və almaniyalı Aleksandr Zverev qarşılaşıb.  Bu, avstriyalı raketka ustasının Böyük Dəbilqə seriyalı turnirdə  4-cü final görüşü olub. 27 yaşlı idmançı,  buna kimi İki dəfə Rolan Qarros,bir dəfə isə Avstraliyanın açıq çempionatında finala çıxsa da, uğur qazana bilməmişdi. Aleksandr Zverev isə ilk dəfə idi ki, Böyük Dəbilqə seriyalı turnirdə  final  oynayıb.  Qarşılaşmaya gəlincə, Aleksandr Zverev mübarizəyə yaxşı başlayıb. Almaniyalı tennisçi ilk hissədə 6-2, daha sonra , 6-4 hesabı ilə üstün olub. Lakin 3-cü setdə Zverev uğurun davamını gətirə bilməyib. Məğlubiyyətlə barışmaq istəməyən Dominik Tim 3-cü hissədə 6-4 hesabı ilə qalib gələrək iddiasını davam etdirib. 4-cü setdə də təşəbbüsü əldən verməyən avrtriyalı raketka ustası bu dəfə rəqibini 6-3 hesabı ilə məğlub edərək bərabərliyi təmin edib. Həlledici  set isə daha gərgin keçib. Dominik Tim bu dəfə Zevrevin müqavimətini tay brekdə qırıb. Beləliklə 3-2 hesabı ilə qalib gələn Dominik Tim karyerasında ilk dəfə Böyük Dəbilqə turnirinin fəxri  mükaatına sahib olub. O, həm də US Open turnirində yüksək naliyyət qazanan ilk avsrtiyalı tennisçi kimi də tarixə düşüb. 

CANLI YAYIM