Litva millisinin üzvü Azərbaycanda oynaya bilər

14 Sentyabr, 11:13 Sosial mediada paylaşın:
Litva millisinin kapitanı Fyodor Çernıx Azərbaycanda çıxış edə bilər. Litva mətbuatının yazdığına görə hazırda futbolçuya Türkiyə Qazaxıstan və Azərbaycan klubları maraq göstərir. Bununla belə Çernıxın hələ rəsmi təklif almadığı deyilir. Müqavilə ilə Moskva “Dinamo”suna məxsus olan futbolçu son mövsümü icarə əsasında “Orenburq” klubunda keçirib. O, sentyabrın 4-də Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Qazaxıstanla qarşılaşmada Litva yığmasının formasını geyinib, lakin zədələndiyi üçün fasilədən sonra əvəzlənib.

CANLI YAYIM