MXL: “Dallas Starz” seriyada önə keçdi

11 Sentyabr, 11:35 Sosial mediada paylaşın:
“Dallas Starz” və “Veqas Qolden Nayts” komandaları yarımfinal seriyasının 5-ci oyununda üz-üzə gəliblər. İlk periodda hesab açılmasa da, 2-ci və 3-cü bölümlər gərgin mübarizəylə yadda qalıb. Əvvəlcə 2-ci hissədə Ceymi Oleksyak “Dallas Starz”ı irəli çıxarıb. 3-cü period daha məhsuldar alınıb. Şi Teodor tarazlığı bərpa edib. Dallas təmsilçilərindən  Ceymi Benn komandasına yenidən üstünlük qazandırsa da, az sonra Mark Stoun növbəti dəfə hesabı bərabərləşdirib. Beləliklə, 3 periodun yekununda heç-heçə qeydə alınıb-2:2.
Qalibi müəyyənləşdirmək üçün overtaym təyin olunub. Əlavə vaxtda Aleksandr Radulovun dəqiq zərbəsi “Dallas Starz”a qələbə qazandırıb 3:2. Bununla da, Dallas klubu “Veqas Qolden Nayts”la seriyada önə keçib 2:1. Komandaların 4-cü oyunu sentyabrın 13-də keçiriləcək.  

CANLI YAYIM