ATP mövsümün geridə qalan hissəsinin təqvimini açıqlayıb

11 Sentyabr, 11:08 Sosial mediada paylaşın:
ATP sentyabrın 8-dən noyabrın 15-nə qədər keçiriləsi turnirlərin təqvimini müəyyənləşdirib. Qurumun mətbuat xidmətinin məlumatına görə, bu müddət ərzində 15 turnir təşkil olunacaq. Bu yarışlardan 4-ü tarixdə ilk dəfə keçiriləcək. Söhbət Almaniyanın Köln, Qazaxıstanın Nur-Sultan şəhərlərində və İtaliyanın Sardiniya bölgəsindəki turnirlərdən gedir. Maraqlıdır ki, Köln şəhərində 2 müxtəlif yarış keçiriləcək. Əvvəlcə tennisçilər sentyabrın 8-də Avstriyanın Kitsbyuel şəhərində qələbə uğrunda mübarizə aparacaq. Daha sonra nəzərlər Roma və Hamburqdakı yarışlara yönələcək, sentyabrın 21-də isə Rolan Qarros turniri keçiriləcək.
Tennis həvəskarları növbəti həftələrdə Sankt-Peterburq, Sardiniya, Köln, Moskva, Antverpen, Vyana, Nur-Sultan, Paris və Sofiyadakı yarışları izləyə biləcəklər. Noyabrın 15-də Londonda illik yekun turniri ilə mövsüm başa çatacaq.

CANLI YAYIM