Us Open : ¼ final mərhələsi yekunlaşdı

10 Sentyabr, 11:55 Sosial mediada paylaşın:
Nyu-Yorkda tennisçilərin “US Open” turniri davam edir. Mükafat fondu 53 milyon 402 min dollar yarışda bütün yarımfinalçılar müəyyənləşib. ¼ finalda qadınların mübarizəsində bolqarıstanlı Tsvetana Pironkova və Amerika Birləşmiş Ştatları tennisçisi Serena Uilyams qarşılaşıb. Birinci setdə 6:4 hesabı ilə qalib gələn bolqarıstanlı raketka ustası sonradan təşəbbüsü itirib. Uilyams ardıcıl 2 setdə rəqibindən üstün olaraq mərhələ adlayıb.
Kişilərin yarışında isə Rusiya dueli diqqət çəkib. Andre Rublyovla Daniil Medvedev üz-üzə gəlib. İlk setdə 7:6 hesabı ilə qalib gələn Medvedev sonrakı setlərdə asanlıqla qələbə qazanaraq yarımfinala yüksəlib.

CANLI YAYIM