“Neftçi” yeni hücumçu ilə anlaşdı

10 Sentyabr, 11:18 Sosial mediada paylaşın:
"Neftçi" heyətinə yeni hücumçu cəlb edib. "Ağ-qaralar" Belçikanın "Bersxot" klubunun futbolçusu Prins İbara ilə anlaşıb. 24 yaşlı futbolçu paytaxt klubunda 1 il icarə əsasında oynayacaq. İbara karyerası ərzində Qabon, Qətər, Tunis, Əlcəzair klublarında da çıxış edib. Konqolu hücumçu 2019-cu ildən "Bersxot"da çıxış edir.Prins peşəkar karyerasında keçirdiyi 70 oyunda 19 qol vurub, 4 məhsuldar ötürmə edib.

CANLI YAYIM