“Səbail” fransalı futbolçu ilə maraqlanır

9 Sentyabr, 11:06 Sosial mediada paylaşın:
“Qəbələ” ilə müqaviləsini yeniləməyən Abdelrafik Jerar yenidən Azərbaycana qayıda bilər. Belə ki, yerli klublarımızdan «Səbail» fransalı legionerə dəvət göndərib. PSJ-nin yetirməsi olan yarımmüdafiəçiyə təklif olunan aylıq qazanc 4000 dollardır. 27 yaşlı mərkəz yarımmüdafiəçisi peşəkar karyerasına PSJ-də başlayıb. O, Paris təmsilçisinin B komandası (2012-2015) ilə yanaşı, “Kretey” (2015-2016) və “Lans” (2016-2018) klublarında çıxış edib. Mərkəz yarımmüdafiəçisi 2018-2019-cu illərdə Belçikanın “Union Sent Jiluaz” klubunun formasını geyinib.  

CANLI YAYIM