UEFA Çempionlar liqası: “Leyptsiq”yarımfinalda

14 Avqust, 11:30 Sosial mediada paylaşın:
   UEFA Çempionlar Liqasının ¼ finalında “Leyptsiq” “Atletiko” ilə üz-üzə gəlib. Lissabonda – neytral meydanda keçirilən görüşün ilk hissəsində hesab açılmayıb. 2-ci yarı məhsuldar keçib. Hesabı Almaniya təmsilçisi açıb.51-ci dəqiqədə Dani Olmo fərqlənib. Hücumlarını gücləndirən madridlilər 20 dəqiqə sonra tarazlığı bərpa ediblər. Joau Feliş penaltini dəqiq yerinə yetirib. Ruhdan düşməyən “Leyptsiq” matçın sonlarında qələbə qolunu vurub. Taylor Adams mərhələnin taleyini həll edib.  
    2-1 hesabı ilə qələbə qazanan “Leyptsiq” yarımfinalda “Pari Sen-Jermen”lə qarşılaşacaq.  

CANLI YAYIM