“Keşlə”və “Sumqayıt”ın Avroliqadakı oyunlarının vaxtı məlum oldu

12 Avqust, 11:29 Sosial mediada paylaşın:
  Ölkəmizi  Avropa  Liqasında təmsil edəcək  "Sumqayıt" və "Keşlə"nin də 1-ci təsnifat mərhələsindəki oyununun başlama saatı açıqlanıb.UEFA-nın rəsmi saytı xəbər verir ki, "Sumqayıt" - "Şkendiya" (Makedoniya) görüşü saat 20:00-da start götürəcək. "Keşlə" - "Laçi" (Albaniya) qarşılaşması isə saat 21:00-da başlayacaq.
  Qeyd edək ki, Avroliqadakı digər təmsilçimiz "Neftçi"nin Makedoniya "Şkupi"si ilə oyununun başlama saatı isə ötən gün açıqlanıb. Görüş saat 20:00-da başlayacaq. Hər 3 matç avqustun 27-də oynanılacaq.
 

CANLI YAYIM