Avropa Liqası: “Bazel”və “Vulverhempton” ¼ finalda

7 Avqust, 13:13 Sosial mediada paylaşın:
 Səfərdə 3:0 hesabı ilə qələbə qazanan “Bazel” bu dəfə “Ayntraxt”la öz meydanında qarşılaşıb. Gərgin mübarizə şəraitinə keçən oyunda yalnız 1 qol vurulub. 88-ci dəqiqədə meydan sahiblərindən Fabian Frey fərqlənib. İki oyunun nəticəsinə görə 4:0 hesabı ilə qalib gələn “Bazel” ¼ finaldadır.
 Digər görüşdə də eyni hesab qeydə alınıb. Söhbət “Vulverhempton” - “Olimpiakos” matçından gedir. İlk oyunda komandalar hərəyə 1 qol vurmuşdular. İngiltərədə keçirilən qarşılaşmanın ilk hissəsində hesab açılıb. 9-cu dəqiqədə Raul Ximenez penaltini dəqiq yerinə yetirib. Qalan vaxtda qonaqlar çox çalışsalar da, heç nə ilə yadda qala bilməyiblər. Minimal hesabla qələbə qazanan “Vulverhempton” növbəti mərhələyə yüksəlib.

CANLI YAYIM