Belarus çempionatında 21-ci tura start verilib

7 Avqust, 11:40 Sosial mediada paylaşın:
 Belarus çempionatında 21-ci tur başlanıb.Günün maraqla gözlənilən oyunlarından birində lider "Şaxtyor" Soliqorsk və "Dinamo" Brest qarşılaşıb.
 Çempionatın lideri Soliqorsk "Şaxtyor"u doğma meydanda Brest "Dinamo"sunu qəbul edib. İlk hissədə tərəflər çox çalışsalar da, bir-birinin müqavimətini qıra bilməyiblər. Fasilədən sonra isə vurulan bir qol görüşün taleyini həll edib. Tədricən hücumlarını gücləndirən meydan sahibləri 79-cu dəqiqədə rəqib qapısına yol tapıblar. Dmitriy Podstrelov fərqlənib. “Şaxtyor” Soliqorsk – “Dinamo” Brest: 1-0.
 Qələbə sayəsində xallarının sayını 43-ə çatdıran “Şaxtyor” liderliyini davam etdirir. Ondan 6 xal geri qalan BATE və “Neman” isə müvafiq olaraq ikinci, üçüncü yerləri bölüşür. “Dinamo” Brest 29 xalla 7-cidir.
 

CANLI YAYIM