MLS:1/4 final mərhələsinə start verilib

1 Avqust, 12:30 Sosial mediada paylaşın:
  1/4 final mərhələsinin ilk görüşündə "Filadelfiya Yunion" və "Sportinq Kansas Siti" kollektivləri qarşılaşıb. Hesab 24-cü dəqiqədə açılıb. Meydan sahiblərinin heyətində Jamiru Monteyru fərqlənib. Tədricən hücumlarını gücləndirən Filadefiya təmsilçiləri daha iki dəfə rəqibi mərkəzə dəvət ediblər. Serxio Santos dubl edib. İlk hissəyə əlavə olunan dəqiqələrdə isə qonaqlar toplardan birinin əvəzini çıxa biliblər. Alan Pulida hesab arasındakı fərqi azaldıb. “Filadelfiya Yunion” – “Sportinq Kansas Siti”: 3-1.
  Beləliklə, Filadelfiya klubu yarımfinala vəsiqə qazanan ilk komanda olub.
 

CANLI YAYIM