Andrea Pirlo yenidən “Yuventus”da

31 İyul, 10:20 Sosial mediada paylaşın:
  "Yuventus"un keçmiş üzvü, ulduz futbolçu Andrea Pirlo klubun U-23 komandasını çalışdıracaq. Bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb. 41 yaşlı sabiq yarımmüdafiəçi ilə imzalanan müqavilənin müddəti açıqlanmayıb.
  Qeyd edək ki, İtaliya millisinin sabiq üzvü 2011-2015-ci illərdə "Yuventus"da çıxış edib. Pirlo 2017-ci ildə futbolçu karyerasını başa vurub. Onun son klubu "Nyu-York Siti" olub.

CANLI YAYIM