Yan Oblak “Çelsi”yə keçə bilər

29 İyul, 12:34 Sosial mediada paylaşın:
  Yan Oblak karyerasını İngiltərədə davam etdirə bilər. Çelsi Sloveniyalı qapıçı ilə yaxından maraqlanır. Atletikonun prezidenti Enriko Sereso bu xəbəri təsdiqləyib. O,Oblakın dünya səviyyəli qapıçı olduğunu və aparıcı klubların onunla maraqlanmasının normal olduğunu bildirib.
  Qeyd edək ki, Oblakın transferi reallaşarsa Çelsi Kepa Arrisabalaqa ilə vidalaşacaq. 2 il əvvəl Atletikdən 80 milyon avroya transfer edilən qolkiperin hazırkı keçid qiyməti 55 milyon avro dəyərindədir.
 

CANLI YAYIM