MLS-də 1/8 final mərhələsinə yekun vurulub

29 İyul, 11:49 Sosial mediada paylaşın:
  "Kolambus Kryu" 1/8 finalda "Minnesota Yunayted"lə qarşılaşıb. İlk hissəni qonaqlar Robin Lod-un vurduğu qol sayəsində  minimal üstünlüklə başa vurublar. Fasilədən sonra isə hesabda tarazlıq yaranıb.Kolambus Kryunun futbolçusu Qyasi Zardes fərqlənib. Matçın əsas vaxtı heç-heçə başa çatdığından qalib penaltilər seriyasında müəyyənləşib. Zərbələrdə daha dəqiq olan Minnesota təmsilçiləri qalib gələrək növbəti mərhələyə adlayıblar.  Günün digər görüşündə də komandalar eyni ssenari üzrə çıxış ediblər. Söhbət Portlend Timbers və Sinsinnati oyunundan gedir.İlk hissədə tərəflər çox çalışsalar da  hesab açılmayıb. 67-ci dəqiqədə Yaroslav Nezqoda hesabı açıb. Lakin 81-ci dəqiqədə qonaqlar bərabərlik qolunu vurmağa müvəffəq olublar.Yurgen Lakodia diqqət mərkəzinə düşüb 1-1.Matç bu hesabla başa çatıb. Penaltilər seriyasında isə  Portlend Timbers futbolçuları daha dəqiq oluiblar. Bununla da komanda ¼ finala adlayıb.  

CANLI YAYIM