Deyan Lovren “Zenit”ə keçməyə yaxındır

25 İyul, 13:00 Sosial mediada paylaşın:
“Liverpul”un müdafiəçisi Deyan Lovren “Zenit”ə keçməyə yaxındır.
Bu barədə Böyük Britaniyanın nüfuzlu “The Times” nəşri məlumat yayıb. Mənbənin yazdığına görə, artıq iki klub transferlə bağlı razılığa gəlib. Sankt-Peteburq klubu xorvatiyalı müdafiəçini transfer etmək üçün son İngiltərə çempionuna 12 milyon avro ödəyəcək. Xatırladaq ki, Lovrenin “Liverpul”la müqaviləsi gələn ilin yayında başa çatırdı. Transfer reallaşsa, Deyan “Zenit”lə 2+1 illik müqavilə imzalayacaq. Xorvatiyalı hər ilə 2,5 milyon avro məvacib alacaq.

CANLI YAYIM