MLS: Qrup mərhələsinə yekun vuruldu

24 İyul, 12:33 Sosial mediada paylaşın:
 Amerika Milli Futbol Liqasında qrup mərhələsinin son turukeçirilib. B qrupunda “Çikaqo Fayr” “Vankuver Vaytkeps”i qəbul edib. Oyuna meydan sahibləri daha fəal başlayıblar. İlk hissədə Çikaqo futbolçuları çox çalışsalar da, fərqlənə bilməyiblər. İkinci yarıda hücumlarını gücləndirən meydan sahibləri irəli atılmaqlarına peşman olublar. Qonaqlardan Yordi Reyna 65-ci dəqiqədə hesabı açıb.
 Çox keçmədən Kristian Daxome fərqi 2 topa yüksəldib. 2 cavabsız qolla qalib gələn “Vankuver Vaytkeps” qrup mərhələsini 3-cü pillədə bitirsə də, pley-off mərhələsinə vəsiqə əldə edib.

CANLI YAYIM