Emre Kılınçın gedəcəyi klubda məvacibi bəlli olub

15 İyul, 12:20 Sosial mediada paylaşın:
“Sivasspor” klubunun 25 yaşlı yarımmüdafiəçisi Emre Kılınç yeni mövsümdən komandasını dəyişməyə çox yaxındır. Bu barədə yerli mətbuat xəbər yayıb.
Belə ki, futbolçu İstanbul təmsilçisi “Qalatasaray”la razılıq əldə edib. Hətta “Cimbom”un yarımmüdafiəçiyə ödəyəcəyi məvacib bəlli olub. Emre Kılınçın “Qalatasaray”dan illik 1.5 milyon avro qazanc əldə edəcəyi vurğulanıb. Razılaşmaya baxmayaraq tərəflər arasında hələ ki, rəsmi keçid mümkün olmayıb

CANLI YAYIM