“Qarabağ”hazırlıq üçün Qəbələyə gedib

15 İyul, 11:39 Sosial mediada paylaşın:
 2020/2021 mövsümündə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" təlim-məşq toplanışına başlayıb. Klubdan verilən məlumata görə  komanda artıq hazırlığın təşkil oluncağı Qəbələdədir. İspaniyalı Xayme Romero və Miçel Maderadan başqa bütün futbolçular  təlim-məşq toplanışına cəlb olunub. İspaniyalı legionerlərin Bakıya qaytarılması istiqamətində də işlərin aparıldığı bildirilir.  Yeri gəlmişkən klubun yeni transferləri - Donald Gerye və Emil Balayev də komandaya qoşulub.
 Hazırlıq ərəfəsində komanda üzvləri koronavirus testindən keçiblər. Klubun işçiləri, məşqçilər heyəti və futbolçularda virus aşkarlanmayıb.
 Qeyd edək ki, "Qarabağ" pandemiya səbəbindən vaxtından əvvəl başa çatdırılan 2019/2020-ci il mövsümünün qalibi elan olunub.
 

CANLI YAYIM