Popoviç "Bruklin Nets"in baş məşqçisi ola bilər

6 İyul, 11:00 Sosial mediada paylaşın:
MBA-da mövsümün bərpasına hazırlıq getdiyi məqamda, “Bruklin” basketbol həvəskarlarını həyacanlandırmaq qərarına gəlib. Amerika mətbuatının məlumatına görə, “Nets” rəhbərliyi “San Antonio”nun baş məşqçisi Qreqq Popoviçə təklif göndərdmək qərarına gəlib. Deyilənə görə, təklif o qədər cəlbedicidir ki, 71 yaşlı mütəxəssisin ondan imtina edəcəyi inandırıcı görünmür.
Xatırladaq ki, Popoviç 1996-cı ildən “San Antonio”nun baş məşqçisidir. Onun başçılığı altında Texas klubu 5 dəfə MBA çempionu olub. Qreq isə 3 dəfə liqanın ən yaxşı məqşçisi seçilib. Məhz Popoviçin “Spörz”ə gəlişi sayəsində bu klub MBA-da dominantlıq edən komandaya çevrilib. Tim Dankan, Manu Jinobili və Toni Parker kimi əfsanəvi basketbolçular Popoviçin dəstəyi sayəsində liqa tarixinin sayılıb-seçilən oyunçularına çevrilib. Amma onların karyerasını bitirməsindən sonraq “San Antonio” çempionluq uğrunda mübarizədən kənarda qalıb.
Düzdür, Popoviç mövsümün sonunda “San Antonio”dan ayrılıb məşqçilik karyerasına yekun vura da bilər. Amma Kevin Dürant və Kayri İrvinq kimi ulduz oyunçulara rəhbərlik edib çempionluq uğrunda mübarizə aparan komanda formalaşdırmaq heç də pis ideya sayıla bilməz. İndi bizə Qreqqin cavabını gözləmək qalır...

CANLI YAYIM