Atlantadakı tennis turnirinə azarkeşlər də buraxılacaq

27 İyun, 11:44 Sosial mediada paylaşın:
İyulun 3-dən 5-nə qədər ABŞ-ın Atlanta şəhərində şou xarakterli tennis turniri təşkil ediləcək.
Yarışda Frensis Tiafo, Teylor Frits, Reyli Opelka, Tommi Pol, Con İsner, Sem Kuerri, Tennis Sandqren və Stiv Conson iştirak edəcək. Maraqlıdır ki, Balkan yarımadasında keçirilən“Adria Tour” yarışı kimi bu turniri də azarkeşlər tribunalarda izləyə biləcək. Amma biletlərin yalnız 30 faizi satılacaq. Ümumiyyətlə, hər oyunda 450 azarkeşin olacağı gözlənilir. Nəticələri proqnozlaşdırmaq isə çox çətindir. Çünki bundan əvvəl Cokoviçin təşkil etdiyi turnirə azarkeşlərin buraxılandan sonra virus yeni dalğası yayılmağa başladı.Atlanta turnirinin aqibətinin də belə olmayacağına tam təminat vermək mümkün deyil.

CANLI YAYIM