Avroliqanın püşkü atılıb

25 İyun, 14:00 Sosial mediada paylaşın:
Avroliqada növbəti mövsümün püşkatması keçirilib.
Pandemiya dövrü ilə əlaqədar liqa rəhbərliyi bu tədbiri mərasim kimi təşkil etməyib. Sadəcə, püşkatmanın nəticələri ictimaiyyətə elan edilib. Belə ki, çempionat oktyabrın 1-də Bakı vaxtı ilə saat 21.30-da “Anadolu Efes” – “Zenit” oyunu ilə başlanacaq. Günün digər oyunlarında “Olimpiakos”la “Jalgiris”, “Makkabi” ilə “Alba” və “Valensiya” ilə “Lion” qarşı-qarşıya gələcək. Növbəti gün isə azarkeşlər “Fənərbağça” – “Srvena Zvezda”, “Bavariya” – “Milan” və “Baskoniya” – “Real” oyunlarının şahidi olacaq.
Maraqlıdır ki, “Panatinaikos” Avroliqadan çəkildiyini açıqlasa da, çempionata afinalıların da adı əlavə edilib. Təqvimə görə, “Pao” oktyabrın 2-də səfərdə “Ximki” ilə qarşılaşmalıdır.

CANLI YAYIM