“Neftçi” yeni legionerlər transfer edəcək

24 İyun, 13:30 Sosial mediada paylaşın:
   Bəzi oyunçularla yollarını ayıran “Neftçi” yeni transferlər etməyə hazırlaşır. Paytaxt klubu 4 legionerlə ilkin razılıq əldə edib. Braziliyalı Tailsonla anlaşan “flaqman” daha 4 legioner futbolçunun yolunu gözləyir. Həmin legionerlərin yaxın günlərdə ölkəmizə gələcəyi gözlənilir. 
    Qeyd edək ki,  “Neftçi” Tural Axundov, Soni Mustivar, Vangelis Platellasla başa çatan müqavilələri uzatmayıb. Həmçinin Baqali Dabo və Dario Frederikonun da komandadan gedəcəyi gözlənilir.

CANLI YAYIM