“Sumqayıt”ın üzvü “Qarabağ”a keçə bilər

24 İyun, 12:30 Sosial mediada paylaşın:
 “Sumqayıt!”dan ayrılacağı gözlənilən Aleksey İsayev karyerasını ölkə çempionu “Qarabağ”da davam etdirə bilər. 
Yarımmüdafiəçi hazırda Ağdam klubu ilə danışıqlar aparır. Qurban Qurbanov yığmaya da dəvət olunan orta sahə oyunçusunu öz sərəncamında görmək istəyir. Ona 2+1 illik kontrakt təklif edilib. Əgər danışıqlar müsbət yekunlaşsa, Aleksey İsayev növbəti mövsümdən “Qarabağ”ın üzvü olacaq.

CANLI YAYIM