"Keşlə" "Neftçi"nin oyunçusu ilə müqavilə bağladı

23 İyun, 13:43 Sosial mediada paylaşın:
“Keşlə” klubu dövrələrarası fasilədə ilk transferini gerçəkləşdirib.
Paytaxt təmsilçisi müdafiəçi “Neftçi”dən ayrılan Tural Axundovla müqavilə imzalayıb. 32 yaşlı futbolçu karyerası ərzində “Muğan”, “Rəvan”, “Simurq”, “Kəpəz”, Sumqayıt” kimi klublarda da oynayıb. “Keşlə” həmçinin heyətdəki 4 futbolçu ilə də müqaviləni uzadıb. Bunlar Ruslan Əmircanov, Azər Salahlı, Tərlan Quliyev və Vüsal İsgəndərlidir. Adları çəkilənlər daha 1 mövsüm qəsəbə klubunun şərəfini qoruyacaq. 

CANLI YAYIM