Xorvatiya turnirində koranavirus şoku

23 İyun, 13:24 Sosial mediada paylaşın:
 Mövsümün bərpası ərəfəsində tennis ictimaiyyəti yenə də məyusluq doğuran bir vəziyyətlə üzləşib.
Belə ki, şou  xarakterli Zadar turnirinin sonunda iki idmançı və  məşqçilərin  koronavirusa  yoluxduğu məlum olub. İki tennisçi - bolqarıstanlı  Qriqor Dimitrovla xorvatiyalı Borna Çoriç koronavirusa yoluxub. Onların testi müsbət nəticələndikdən sonra serbiyalı Novak Cokoviçlə rusiyalı Andrey Rublyov arasında “Adria Tour” yarışının final görüşü ləğv edilib. Ertsəi gün isə Cokoviçin fitnes məşqçisi Marko Panini ilə Dimitrovun məşqçisi Kristian Qroxun da infeksiyaya  tutulduğu  müəyyənləşib. Əslində, vəziyyətin bu həddə çatacağını gözləmək olardı. Çünki Xorvatiyadakı turnir boyunca tennisçilər gigiyenik qaydalara əməl etmirdi. Hətta tribunalarda azarkeşləri də görmək mümkün idi.Təbii ki, belə vəziyyətdə Novak Cokoviç də koronavirus testindən keçməli idi. ATP reytinqinin lideri əvvəlcə testdən imtina etsə də, sonradan qərarını dəyişib.
 Onunla yanaşı ailəsi də yoxlanılıb. Ancaq Dimitrov və Çiliçlə birgə testdən keçən Andrey Rublyovla Aleksandr Zverevdə yoluxma aşkarlanmayıb.

CANLI YAYIM